Diqqət! - Ermənilər Azərbaycan Banklar Assosiasiyasının adından saxta məktublar göndərib | 1news.az | Xəbərlər
Cəmiyyət

Diqqət! - Ermənilər Azərbaycan Banklar Assosiasiyasının adından saxta məktublar göndərib

11:25 - 13 / 10 / 2020
Diqqət! - Ermənilər Azərbaycan Banklar Assosiasiyasının adından saxta məktublar göndərib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfinin təxribat törətmək məqsədilə Azərbaycan Banklar Assosiasiyasının adından saxta məktublar göndərdiyini qeydə alıb. “Telegram”, “WhatsApp” və digər kanallar vasitəsilə vətəndaşlara göndərilən saxta məktubda guya Azərbaycan banklarının kiberhücumlara məruz qaldığı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılanadək bank müştərilərinin hesablarının müvəqqəti dondurulacağı bildirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən 1news.az-a verilən məlumata görə, nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər.

Azərbaycan Banklar Assosiasiyasının rəsmi saytında yerləşdirilən məlumat və onun adından göndərilən saxta məktub əlavə olunur.

Xahiş edirik ki, bu kimi hallarla üzləşdikdə, “1654” qaynar xətti, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.

Qafar Ağayev

Paylaş:
537

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər