Müdafiə Nazirliyi: Azərbaycan PUA-ları mülki əhaliyə qarşı tətbiq olunmur | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Azərbaycan PUA-ları mülki əhaliyə qarşı tətbiq olunmur

18:02 - 14 / 10 / 2020
Müdafiə Nazirliyi: Azərbaycan PUA-ları mülki əhaliyə qarşı tətbiq olunmur

"Ermənistan bütün mümkün olan və olmayan üsullardan istifadə etməklə ictimaiyyətə yalan məlumatlar yaymaqda davam edir. Növbəti dezinformasiya isə guya Azərbaycan tərəfindən PUA-nın zərbəsi nəticəsində adı və soyadı göstərilməyən, 14 yaşlı anonim yeniyetmənin yaralanması xəbəridir".

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun silahlanmasında olan zərbə PUA-ları yalnız işğal olunmuş ərazilərimizdə müvəqqəti yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi texnikasına qarşı tətbiq olunur:

"Bir daha xatırladırıq ki, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə, xüsusilə uşaqlar, qadınlar və yaşlılara qarşı silah tətbiq etmir".

S.Xankişiyeva

 

 

Paylaş:
416

Son xəbərlər

Bütün xəbərlər