Türkiyə parlamentinin sədri Azərbaycana səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə parlamentinin sədri Azərbaycana səfər edəcək

13:10 - 16 / 10 / 2020
Türkiyə parlamentinin sədri Azərbaycana səfər edəcək

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvəti əsasında Azərbaycana səfər edəcək.

1news.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna TBMM-dən məlumat verilib.

Bildirilib ki, M. Şəntop və onun rəhbərlik etdiyi nümayəndə heyəti 18-20 oktyabr tarixlərində Azərbaycanda səfərdə olacaq.

Səfər çərçivəsində Türkiyə parlamentinin sədri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək.  

M.Şəntop 20 oktyabrda Azərbaycan Milli Məclisində çıxış edəcək.

“Bakıda keçiriləcək görüşlərdə Türkiyənin Azərbaycana dəstəyi bir daha ifadə olunacaq. Azərbaycan nə zaman və hansı məsələdə bizdən dəstək istəyərsə, lazımi köməkliyi etməyə hazır olduğumuzu bir daha bəyan edəcəyik. “Bir millət, iki dövlət" olaraq dərdimiz və sevincimiz birdir. Bölgədə sülhün, sabitliyin, ədalətin və beynəlxalq hüququn prinsiplərinin hökm sürməsi Türkiyənin yeganə məqsədidir”, - deyə Türkiyə parlamentindən bildirilib.

1news.az

Paylaş:
440

Son xəbərlər

Bütün xəbərlər