Qırğızıstanda Prezidentin səlahiyyətləri Baş nazirə verildi | 1news.az | Xəbərlər
Dünya

Qırğızıstanda Prezidentin səlahiyyətləri Baş nazirə verildi

12:45 - 16 / 10 / 2020
Qırğızıstanda Prezidentin səlahiyyətləri Baş nazirə verildi

Qırğızıstanın Baş naziri Sadır Japarov prezident vəzifələrini icra edənin səlahiyyətlərinin ona keçdiyini bəyan edib.

1news.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə o, Köhnə meydanda tərəfdarları qarşısında çıxış edərkən bildirib.

"Prezident Soronbay Jeenbekov istefa ərizəsi yazdı. Joqorku Keneşin (Qırğızıstan parlamenti-red.) sədri Kanat İsayev Prezident vəzifəsini icra etməkdən imtina etdi və ərizə yazdı.

Prezidentin və Baş nazirin səlahiyyətləri mənə keçdi", - hökumət başçısı deyib.  

Daha əvvəl Qırğızıstan Prezidenti Soronbay Jeenbekov istefaya getmək qərarına gəlib.

1news.az

Paylaş:
561

Son xəbərlər

Bütün xəbərlər