Mustafa Şentop: “Dualarımız daim Azərbaycanladır” | 1news.az | Xəbərlər
Siyasət

Mustafa Şentop: “Dualarımız daim Azərbaycanladır”

17:41 - 18 / 10 / 2020
Mustafa Şentop: “Dualarımız daim Azərbaycanladır”

"Haqlı davasında Azərbaycanı dəstəklədiyimizi, aramızdakı münasibətlərin bənzəri olmayan bir münasibət olduğunu ifadə etdik. Bunları Bakıda da təkrar ifadə edəcəyik, bundan məmnunluq duyacağıq”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qardaş Azərbaycanın müstəqillik gününü təbrik edir: “Azərbaycan bayrağının bu torpaqlarda dalğalanması üçün də daim təmənni və dua edirik. Bu, sadəcə mənim fikrim deyil, parlamentimizin və Türkiyədəki 83 milyonun fikridir. Onların da duaları daim Azərbaycanladır”.

1news.az

Paylaş:
539

Son xəbərlər

Bütün xəbərlər