Ukrayna mətbuatı Prezident İlham Əliyevin xalqa müraciətini geniş işıqlandırıb – FOTO
Ukraynanın aparıcı KİV-ləri Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı bir sıra yaşayış məntəqələrini, o cümlədən Zəngilan rayonunun azad etməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, Ukraynanın nüfuzlu “RBK-Ukrayna”, “Segodnya”, “Korrespondent” portallarında dərc edilən məqalələrdə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fikirlərinə istinadla Zəngilan şəhəri daxil olmaqla rayonun 6 və Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndinin işğaldan azad olunduğu qeyd edilib.
Məqalələrdə, həmçinin Ermənistanın 241 tankının məhv edildiyi, 39 tankın isə hərbi qənimət kimi götürüldüyü vurğulanır.
S.Xankişiyeva
441