“Beynəlxalq ictimaiyyət quldur Ermənistanı durdurmalıdır” - Mustafa Şentop
İlk öncə, bu gün Azərbaycan haqq işinə və mübarizəsinə dəstək verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə xalqının salamlarını sizə çatdırıram.
1news.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntopla bu gün Milli Məclisin plenar iclasında çıxışı zaman deyib.
M.Şentop bildirib ki, bu gün TBMM-nin bütün üzvləri bu iclasda iştirak etmək istərdi: "İnşallah Qarabağ işğaldan azad edildikdən sonra belə bir görüşü orada keçirərik.
Türkiyə ilə Azərbaycan arasında dünyada bənzəri olmayan dostluq və qardaşlıq münasibətləri mövcuddur. İllərdən bəri işğal edilmiş torpaqlardan geri çəkilməyən, terroru dövlət siyasəti səviyəsinə qaldıran Ermənistan böyük təhlükədir. Moskvada humanitar atəşkəs razılaşması razılaşdırılanda sonra quldur Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutmağa başladı. Ermənistan bütün region üçün təhlükə mənbəyidir. Beynəlxalq ictimaiyyət quldur Ermənistanı durdurmalıdır".
1news.az