Ermənistanda son sutka ərzində 2306 nəfər koronavirusa yoluxub | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda son sutka ərzində 2306 nəfər koronavirusa yoluxub

10:55 - 22 / 10 / 2020
Ermənistanda son sutka ərzində 2306 nəfər koronavirusa yoluxub

Ermənistanda koronavirusa yoluxanların sayı 70 836 nəfərə çatıb.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, erməni KİV-ləri son sutka ərzində 2 306 nəfərdə infeksiyaya yoluxma faktının aşkarlandığını yazıb.

Bundan başqa, daha 10 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 131 nəfər koronavirusdan ölüb, 19 591 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Qafar Ağayev

Paylaş:
614

Son xəbərlər

Bütün xəbərlər