Hikmət Hacıyev: “Qəbələyə raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən atılıb” | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: “Qəbələyə raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən atılıb”

11:11 - 22 / 10 / 2020
Hikmət Hacıyev: “Qəbələyə raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən atılıb”

Azərbaycanın möhtəşəm turizm mərkəzi olan və hərbi əməliyyatların aparıldığı ərazidən uzaqda olan Qəbələ şəhəri Ermənistanın raket zərbələrinə hədəf olub.

1news.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

H.Hacıyev deyib: “Raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən Qəbələyə atılıb. Çox güman ki, Səddam Hüseynin vaxtilə istifadə etdiyi SCUD raketləri ilə Qəbələyə zərbə endirilib. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur".

Qafar Ağayev

Paylaş:
397

Son xəbərlər

Bütün xəbərlər