Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə görüşüb – YENİLƏNİB
Bu ilin 23 oktyabr tarixində ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Ceyhun Bayramov ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, nazir Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparıb, Ermənistan tərəfinin destruktriv siyasəti, Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması və sair məsələlər barədə ətraflı məlumat verib.
Nazir Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanın haqlı mövqeyi BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə əsaslanır.
Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair məsələlər üzrə fikir mübadiləsi aparılıb.
18.26
Vaşinqtonda Xarici işlər naziri Ceyhun Bayramovun ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşü keçirilib.
Trend-in məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.
Qeyd edək ki, axşam saatlarında M.Pompeonun Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla da görüşü nəzərdə tutulub/
S.Xankişiyeva