Azərbaycanın Vəkillər Kollegiyası dünya vəkillərini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Vəkillər Kollegiyası dünya vəkillərini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıb

20:03 - 23 / 10 / 2020
Azərbaycanın Vəkillər Kollegiyası dünya vəkillərini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıb

Sentyabr ayının 27-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının mülki əhalisinə qarşı törədilən təxribatlara cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin apardığı əks-hücum əməliyyatı davam etməkdədir.

Azərbaycan əsgəri günbəgün işğal altında olan torpaqlarımızı düşməndən azad edir.

Bu müddət ərzində Ermənistan silahlı birləşmələri tərəfindən beynəlxalq humanitar hüquq kobudcasına pozularaq Ermənistan Respublikasının ərazisindən Azərbaycan əhalisinin sıx yerləşdiyi yaşayış məntəqələri, mülki obyektlər və strateji enerji infrastrukturları məqsədyönlü şəkildə raket atəşinə məruz qalmış və ciddi ziyan görmüş, qadağan olunmuş silah və sursatlardan istifadə edilmiş, münaqişəyə müxtəlif yerlərdən terrorçu qruplaşmalar cəlb edilmiş, iki dəfə razılaşdırılmış və elan olunmuş humanitar atəşkəs pozulmuşdur.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası hüquqi və faktiki cəhətdən əsaslandırılmış hesabat xarakterli müraciətini beynəlxalq hüquq-müdafiə təşkilatları, xarici ölkələrin vəkillər kollegiyaları və hüquq cəmiyyətləri daxil olmaqla, toplam 150-dən çox beynəlxalq təşkilata ünvanlayaraq, Ermənistan Respublikası tərəfindən həyata keçirilən müharibə cinayətlərinə qiymət verilməsinə və bu hərəkətlərin kəskin şəkildə qınanılmasına çağırmışdır.

Bundan əlavə, beynəlxalq media nümayəndələrinin və Ermənistan Respublikası rəsmilərinin səsləndirdiyi iddialara Azərbaycan Respublikası Vəkillər Kollegiyasının cavabı da həmin müraciətə əlavə olunmuşdur.

Qeyd olunan müraciət 3 dildə ictimaiyyətin diqqətinə təqdim edilir:

PDF Aze

PDF Eng

PDF Ru

S.Xankişiyeva

 

Paylaş:
346

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər