Pompeonun Ceyhun Bayramovla görüş cədvəli açıqlandı | 1news.az | Xəbərlər
Siyasət

Pompeonun Ceyhun Bayramovla görüş cədvəli açıqlandı

09:31 - 23 / 10 / 2020
Pompeonun Ceyhun Bayramovla görüş cədvəli açıqlandı

ABŞ dövlət katibi Mayk Pompeo bu gün Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla ayrı-ayrı görüşlər keçirəcək.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin cədvəlində bildirilir.

Cədvələ əsasən, M.Pompeo saat 09:30-da (Bakı vaxtı ilə saat 17:30) C.Bayramovla, saat 10:30-da (Bakı vaxtı ilə 18:30) Z.Mnatsakanyanla görüşəcək.

Görüşlərin nəticələri ilə bağlı mətbuata açıqlamanın olacağı barədə məlumat verilməyib.

1news.az

Paylaş:
420

Son xəbərlər

Bütün xəbərlər