Müdafiə Nazirliyi: Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir

Ermənistan tərəfinin Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) guya vurularaq Ermənistan ərazisinə düşməsi barədə yaydığı məlumat yalandır.
Bu haqda 1news.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.
“Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir” – deyə məlumatda qeyd olunur.
S.Xankişiyeva
387