Dünyada koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb

11:36 - 23 / 10 / 2020
Dünyada koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb

Dünyada son sutkada yeni növ koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb.

1news.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 423 819 nəfər yeni koronavirusa yoluxub, 6 424 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 41 104 946, ölənlərin isə 1 128 325 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

1news.az

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər