“İctimai Liderlər Platforması” ABŞ, Rusiya və Fransa prezidentlərinə müraciət ünvanlayıb | 1news.az | Xəbərlər
Siyasət

“İctimai Liderlər Platforması” ABŞ, Rusiya və Fransa prezidentlərinə müraciət ünvanlayıb

14:46 - 26 / 10 / 2020
“İctimai Liderlər Platforması” ABŞ, Rusiya və Fransa prezidentlərinə müraciət ünvanlayıb

"İctimai Liderlər Platforması" Ermənistanın növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozması haqqında ABŞ Prezidenti Donald Trampa, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə, Fransa Respublikasının Prezidenti Emanuel Makrona müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Hörmətli Prezidentlər, bildiyiniz kimi, sizin birbaşa təşəbbüsünüzlə Azərbaycanın işğal olunmuş ərazilərində gedən hərbi əməliyyatların humanitar atəşkəs zəminində dayandırılması haqqında 10,18 və 26 oktyabr tarixlərində Ermənistan və Azərbaycan arasında razılıq əldə olunmuşdur. Lakin təəsüflər olsun ki, sizin hər üç təşəbbüsünüzə işğalçı Ermənsitan tərəfindən məhəl qoyulmamış və atəşkəs rejimi bir neçə dəqiqədən sonra kobud şəkildə pozulmuşdur. Ermənistan hər atəşkəs razılaşmasından sonra təkcə Azərbaycanın hərbi mövqelərini deyil, həmçinin münaqişə zonasından çox uzaqda yerləşən şəhər və rayonlarını, orada yaşayan mülki əhalini hədəfə almış və raket atəşinə tutmuşdur.

Ən dəhşətlisi isə odur ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə gecə vaxtı 3 dəfə Ermənistan tərəfindən atılan SCUD tipli ballistik raketlə vurulmuş və nəticədə uşaq və qadın olmaqla çoxlu sayda mülki şəxslər qətlə yetirilmiş və ciddi bədən xəsarəti almışdır. Ermənistan atəşkəs rejimini pozan zaman təkcə ballistik raketlərdən deyil, eyni zamanda qadağan olunmuş kasetli bombalardan da istifadə etmişdir. İndiyə kimi Ermənistanın törətdiyi bu kimi hərbi cinayətlər nəticəsində 65 mülki şəxs həlak olmuş və 297 nəfər yaralanmış, 3000-dən çox mülki obyektə ciddi zərər dəymişdir.

Ermənistan yenə də bu gün, yəni oktyabrın 26-da saat 08.00-da qüvvəyə minmiş 3-cü humanitar atəşkəs rejimini əvvəlki xislətinə uyğun olaraq kobud şəkildə pozmuş, Azərbaycanın hərbi mövqelərini və mülki əhalinin yaşadığı əraziləri raket və artilleriya atəşinə tutmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, Ermənistanın bu gün Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının atəşə tutulması işğalçı ölkənin münaqişənin coğrafiyasının süni şəkildə genişləndirilməsi istəyindən əl çəkmədiyini bir daha nümayiş etdirir.

Hörmətli Prezidentlər,

Azərbaycan ictimaiyyəti Ermənistanın beynəlxalq hüquq normalarına, götürdüyü öhdəliklərə və əldə olunan razılaşmalara heç vaxt əməl etmədiyini çox yaxşı bilir. Zatən sizin tərəfinizdən münaqişənin sülh yolu ilə həlli üçün hazırlanan baza prinsiplərini rədd edən, bir neçə gün öncə "münaqişənin diplomatik həlli yoxdur" deyən Ermənistanın baş naziri N.Paşinyanın bu gün qüvvəyə minmiş anlaşmanı da pozacağına heç kim şübhə etmirdi.

Ermənistanın heç bir razılaşmaya və kollektiv şəkildə qəbul edilmiş norma və prinsiplərə əməl etməməsinin tək səbəbi onun indiyə kimi cəzasız qalmasıdır. Bu cəzasızlıq isə işğalçı ölkəni ruhlandırır və yeni cinayətlərə sövq edir.

Hesab edirik ki, Ermənistanın "cəzasızlıq limiti" başa çatmış və bəşəriyyət əleyhinə cinayətlər törətmiş işğalçı ölkəyə qarşı beynəlxalq sanksiyaların tətbiq olunması günün tələbinə çevrilmişdir.

Sizi ATƏT-in Minsk Qrupunun həmsədr və BMT Təhlükəsizlik Şurasının daimi üzv ölkələrinin rəhbərləri olaraq beynəlxalq hüququn norma və prinsiplərinə, sizin çağırışlara əməl etməyən Ermənistana qarşı təsirli tədbirər görməyə çağırırıq.

Ümid edirik ki, siz, həmsədr ölkələr kimi Ermənistandan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini qeyd-şərtsiz yerinə yetirilməsini və işğalçı qüvvələrinin Azərbaycanın bütün ərazilərindən çıxarılmasını tələb edəcək və beləliklə, regionda sülhün və əmin-amanlığın bərqərar olmasına töhfə verəcəksiniz".

Qeyd edək ki, müraciəti 46 QHT imzalayıb.

1news.az

Paylaş:
460

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər