Türkiyədə antiterror əməliyyatı zamanı partlayış baş verib – FOTO – VİDEO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə antiterror əməliyyatı zamanı partlayış baş verib – FOTO – VİDEO – YENİLƏNİB

23:18 - 26 / 10 / 2020
Türkiyədə antiterror əməliyyatı zamanı partlayış baş verib  – FOTO – VİDEO – YENİLƏNİB

Türkiyənin Hatay əyalətinin İskəndərun şəhərində terrorçunun zərərsizləşdirilməsi zamanı partlayış olub.

"Report" xəbər verir ki, bu barədə əyalətin qubernatoru Rəhmi Doğan billdirib.

O, qeyd edib ki, terrorçu zərərsizləşdirilib, həlak olan yoxdur.

"İki terrorçunun izlənilməsi zamanı İskəndırunda partlayış olub. Heç kim həlak olmayıb. Terrorçulardan biri zərərsizləşdirilib. Əməliyyat davam edir", - o bildirib.

"Habertürk" isə bildirib ki, hadisə zamanı 3 nəfər yaralanıb. Onlardan biri polis əməkdaşıdır.

23.09

Hatay şəhərinin İskəndərun ərazisində partlayış olub.

1news.az-ın Haberturk-ə istinadla verdiyi xəbərə görə, hadisə yerinə çoxlu sayda polis, xilasedici və tibb işçisi cəlb edilib.

Partlayış zamanı avtomobillərə, yaşayış binasına ziyan dəyib.

Ərazi mühasirəyə alınıb.

S.Xankişiyeva

 

Paylaş:
542

Son xəbərlər

Bütün xəbərlər