“Azərbaycanlılar niyə Qarabağa, evlərinə qayıtmaq istəyir”- beynəlxalq media mütəxəssisi yazır | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycanlılar niyə Qarabağa, evlərinə qayıtmaq istəyir”- beynəlxalq media mütəxəssisi yazır

17:31 - 27 / 10 / 2020
“Azərbaycanlılar niyə Qarabağa, evlərinə qayıtmaq istəyir”- beynəlxalq media mütəxəssisi yazır

Böyük Britaniyadan olan beynəlxalq media mütəxəssisi Dan Meyson ­­­­­"Azərbaycanlılar niyə Qarabağa - evlərinə qayıtmaq istəyir?" adlı məqalə ilə çıxış edib. Analitik təhlil xarakterli məqalədə daha çox Azərbaycanın Qarabağ müharibəsindən sonra real həyatı əks olunub.

1news.az xəbər verir ki, D. Meysonun "Azərbaycan dilində heç bir söz Qarabağ qədər ağrı və duyğu ilə yüklənməyib" - deyə qeyd etdiyi yazısında Azərbaycan həqiqətləri bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

Beynəlxalq media mütəxəssisi münaqişənin sülh yolu ilə həlli məqsədilə yaradılan Fransa, Rusiya və ABŞ-ın həmsədr olduğu ATƏT-in Minsk qrupunun fəaliyyətinin uzun illərdir heç bir səmərə vermədiyini, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən geri çəkilməsi ilə bağlı qətnamələrinin də bu illər ərzində icra olunmadığını bildirib. Bu səbəbdən də sosial media platformalarının gündəmində olan #KarabakhIsAzerbaijan (Qarabağ Azərbaycanındır!) həştəqinin əslində hamıya məlum olan, sadə bir həqiqəti əks etdirdiyini vurğulayıb.

D.Meysonun analitik təhlili sosial mediada böyük maraqla qarşılanıb. Belə ki, Azərbaycandan, həmçinin, müxtəlif ölkələrdən olan internet istifadəçiləri yazını bəyənib və paylaşım edib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də yazını "Twitter" səhifəsi üzərindən paylaşıb. H.Hacıyev paylaşımında D. Meysonla şəxsi tanışlığının olmadığını, lakin Azərbaycan xalqının duyğularını ifadə etdiyinə və dəstəyinə görə təşəkkürünü ifadə edib.

Məqalənin tam mətni ilə buradan tanış ola bilərsiniz: https://bit.ly/2HDygRq

Qeyd edək ki, Dan Meyson 30 ildən çox professional jurnalist kimi Böyük Britaniyanın ən qabaqcıl media qurumlarında çalışıb. Son 10 il ərzində Azərbaycanla yanaşı, Gürcüstan, Qətər, İsrail, Misir, Çin, Abu Dabi, İordaniya, Kipr və Avropa ölkələrində rəqəmsal media təlimləri keçməkdədir.

1news.az

Paylaş:
532

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər