Məzahir Əfəndiyev: Bu gün Azərbaycan BMT TŞ-nın qətnamələrini yerinə yetirən nümunəvi üzv dövlətdir | 1news.az | Xəbərlər
Siyasət

Məzahir Əfəndiyev: Bu gün Azərbaycan BMT TŞ-nın qətnamələrini yerinə yetirən nümunəvi üzv dövlətdir

18:07 - 27 / 10 / 2020
Məzahir Əfəndiyev: Bu gün Azərbaycan BMT TŞ-nın qətnamələrini yerinə yetirən nümunəvi üzv dövlətdir

30 il davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 1995-ci ildən sonra ilk dəfə olaraq Dağlıq Qarabağda başlanılan Vətən müharibəsinin 2-ci günü, yəni sentyabr ayının 29-da Estoniya və Almaniya dövlətlərinin təklifləri əsasında mövcud hərbi vəziyyətlə bağlı məsələyə baxılmış və hər hansı bir yekun sənəd səsləndirilməmişdir.

Azərbaycanın müzəffər Ordusu tərəfindən Dağlıq Qarabağ ətrafında yerləşən rayonlarımız (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı) işğaldan azad olunmuş, orda olan terror qruplaşmaları və Ermənistanın silahlı qüvvələrinə aid hərbi texnika məhv edilmişdir.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri humanitar atəşkəsin imzalanmasına dair birgə bəyanat səsləndirdikdən sonra Rusiya və Fransanın təklifləri əsasında 19 oktyabrda BMT TŞ bir daha münaqişənin həlli ilə bağlı müzakirə keçirmiş və bəyanat hazırlamışdır. Lakin, təəssüflə qeyd olunmalıdır ki, dünyadakı siyasi riyakarlıq və ikili standartlar burada da özünü göstərmiş və 1993-cü ildə münaqişənin ədalətli həlli istiqamətində qəbul olunan məlum dörd qətnaməyə heç bir istinad olunmamışdır. Yalnız BMT TŞ-nın digər qeyri-daimi üzvləri və Qoşulmama Hərakatının üzv dövlətlərinin BMT-dən fərqli israrlı və prinsipial mövqeyindən sonra bəyanat qəbul olunmamış və rəsmən geri götürülmüşdür. Bununla da həmin dövlətlər BMT nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nın qətnamələrinə, Bandunq prinsiplərinə - dövlətlərin ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, qarşılıqlı mənafelərin qorunması və sərhədlərin zorla dəyişdirilməsinin yolverilməzliyi, Qoşumama Hərakatının sənədlərinə sadiqliyini növbəti dəfə nümayiş etdiriblər.  

Beləliklə, BMT-nin öz nizamnaməsini yerinə yetirə bilməməsinə dair fikirlər artıq öz təsdiqini tapır. BMT dünyada söz və nüfuz sahibi olan böyük dövlətlərin əlində təsir mexanizmli bir təşkilata çevrilməklə, 2020-ci ildə demək olar ki, olan qalan nüfuzunu da məhv etmiş oldu. ATƏT-in Minsk Qrupunun həmsədr institutu isə artıq ədalətli qərarlar qəbul etmək şansını tamamilə itirmişdir. BMT TŞ-nın bu biabırçı vəziyyətdən çıxmasına yuxarıda qeyd olunduğu kimi, Qoşulmama Hərakatının üzv dövlətləri kömək etməyə çalışır və hesab edirəm ki, Təhlükəsizlik Şurasının oktyabrın 19-da keçirilən iclasında nümayiş etdirdiyi ikili standartlara söykənən siyasi oyunbazlıq bütün dünya üçün ibrət olmalıdır.

Bu gün Azərbaycan BMT TŞ-nın qətnamələrini yerinə yetirən nümunəvi üzv dövlətdir. Eyni zamanda Azərbaycan son iki il müddətində Qoşulmama Hərakatına şərəflə, ləyaqətlə rəhbərlik etməkdədir. Ölkəmiz Qoşulmama Hərakatının prinsiplərinə uyğun qəbul olunmuş bütün qərarların icrasına nəzarət edərək, dünyada haqqın, ədalətin bərqərar olunması üçün bütün imkanlarını bundan sonra da səfərbər edəcəkdir.

Bütün Azərbaycan xalqı, başda Ali Baş Komandan olmaqla sona qədər, suverenliyimiz bərpa olunana qədər öz haqq-ədalət mübarizəsini aparacaq, heç vaxt bu yoldan dönməyəcək. Nə qədər ki, gec deyil dünya dövlətlərini BMT-nin sülhün, əmin-amanlığın qorunması prinsiplərinə sadiq qalması, haqqın, ədalətin bərqərar olunması üçün BMT-yə təsir etməyə çağırıram.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

             

 

Paylaş:
649

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər