Hikmət Hacıyev: Ermənistan ordusu tərəfindən Bərdəyə kasetli raketlər atılıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Ermənistan ordusu tərəfindən Bərdəyə kasetli raketlər atılıb – FOTO

18:51 - 27 / 10 / 2020
Hikmət Hacıyev: Ermənistan ordusu tərəfindən Bərdəyə kasetli raketlər atılıb – FOTO

“ANAMA-nın verdiyi məlumata görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb".

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Twitter hesabında bildirib.

“Mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır. İki yaşlı körpə qız da daxil olmaqla, 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur”, - deyə H. Hacıyev vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
541

Son xəbərlər

Bütün xəbərlər