Hikmət Hacıyev: Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var

19:59 - 27 / 10 / 2020
Hikmət Hacıyev: Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var

“Bu gün saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə, Goranboy və Tərtər şəhərləri və onların ayrı-ayrı kəndləri “Smerç” raketlərindən istifadə olunaraq atəşə tutulub”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, 4 nəfər həyatını itirib, 14 nəfər ağır şəkildə yaralanıb:

“Həyatını itirənlərin sırasında 2 yaşlı qızcığaz da var. Həmçinin yaralananlar sırasında 9-15 yaşlarında 4 nəfər uşaq var”.

S.Xankişiyeva

 

Paylaş:
481

Son xəbərlər

Bütün xəbərlər