Serdar Akyol: Erməni caniləri törətdikləri bütün cinayətlərin hesabını verəcəklər | 1news.az | Xəbərlər
Siyasət

Serdar Akyol: Erməni caniləri törətdikləri bütün cinayətlərin hesabını verəcəklər

20:50 - 28 / 10 / 2020
Serdar Akyol: Erməni caniləri törətdikləri bütün cinayətlərin hesabını verəcəklər

Türkiyənin  Sonnoktahaber.com xəbər  portalı və “Ülkem TV”-nin rəhbəri,  jurnalist Serdar Akyol dünya birliyini Bərdədə yaşanan faciəyə səssiz qalmamağa, Ermənistanın bu vəhşiliyini qınamağa çağırış edib.

1news.az xəbər verir ki, Ermənistanın dinc əhaliyə qarşı soyqırımı törətdiyini deyən S.Akyol bu soyqırımında Ermənistanı dəstəkləyənlərin də əlinin olduğunu söyləyib:

“Bütün dünyanın gözləri önündə bir vəhşilik yaşanır. Ermənistan insanlıq, savaş cinayəti törədərək məsum uşaqları, dinc əhalini qətlə yetirərək soyqırım törədir. Tökülən bu qanda ermənilərin bu vəhşiliyinə səssiz qalan, tərəf tutan, “hamımız erməniyik” deyən, onları dəstəkləyən hər kəsin əli var. 

“Ermənistan bu cəsarəti hardan alır? Yoxsul Ermənistan bu qədər silah, raketi hansı pulla alır? Bu silahlar necə, hansı yollarla Ermənistana göndərilir?”- deyə sual edən S.Akyolun sözlərinə görə, Ermənistanın belə davranmasının bir səbəbi zamanında törətdikləri Xocalı soyqırımına görə cəzalandırılmamasıdır:

“Amma bu dəfə belə olmayacaq. Erməni caniləri törətdikləri bütün cinayətlərin hesabını verəcəklər. 

Azerbaycan, Ermənistan kimi alçaq yollara əl ataraq dinc əhalini hədəf almadan torpaqlarını işğaldan azad edir. Bu gün erməni alçaqlığına səslərini çıxarmayanları, Azərbaycana dəstək verməyənləri də qeydə aldıq. Hər zaman da Azərbaycanın yanında olacağıq, bunu həmişə belə bilsinlər! Qarabağ sonsuza qədər Azərbaycandır!”.

1news.az

Paylaş:
593

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər