Ermənilər fransalı jurnalisti ölümlə təhdid edirlər - BƏYANAT | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilər fransalı jurnalisti ölümlə təhdid edirlər - BƏYANAT

10:23 - 28 / 10 / 2020
Ermənilər fransalı jurnalisti ölümlə təhdid edirlər - BƏYANAT

“Sərhədsiz reportyorlar” qeyri-hökumət təşkilatı Fransanın “TF 1” televiziyasının jurnalistinin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra ona qarşı internet üzərindən sərt hücumların olduğunu, yalnız işini görən bir peşəkara qarşı kobud nifrət dolu mesajlarla ittiham edildiyini bəyan edib. 

1news.az-ın məlumatına görə, 22 oktyabr tarixində “TF 1” kanalında  “Saat 20” verilişində Azərbaycanın cəbhə xəttindən, Dağlıq Qarabağ separatist regionunda döyüşlərin yenidən başlanmasından bəhs edən reportajın yayımından sonra  jurnalist və böyük reportyor Liseron Budul Fransanın erməni icması tərəfindən feysbuk və tvitter sosial şəbəkələri üzərindən güclü nifrət dolu saysız mesajların hədəfinə çevrilib və onu “genosid törədənlərin fahişəsi” kimi qələmə veriblər.

Eyni zamanda jurnalistin telefon nömrəsi əldə edildikdən sonra votsap üzərindən də təzyiqə məruz qaldığı deyilir. Televiziya kanalı da həmçinin sistematik olaraq, sosial şəbəkələr, elektron poçt ünvanı və telefon zəngləri ilə narahat edilib.

Oktyarın əvvəli digər iki fransız jurnalisti də Dağlıq Qarabağ münaqişəsi haqqında dərc etdikləri məqalələrdən sonra internet üzərindən erməni icmasının təhdidləri ilə üzləşiblər. 

“Sərhədsiz reportyorlar”ın Balkanlar bürosunun rəhbəri Pavol Szalai Liseron Budul və “TF1”ə qarşı olan təzyiqləri qətiyyətlə pisləyir. Münaqişə və cəbhə xəttindən yerindəcə reportaj hazırlamış hər hansı bir jurnalistin və medianın bununla bağlı narahat edilməsi qəbuledilməzdir. Bundan başqa, Fransa erməniləri təşkilatlarının kordinasiyası şurasının həmsədri Frank Papazyanı, mətbuat azadlığına qarşı işlənmiş kobud hücuma qarşı eyhamlı danışıqları pisləməyə çağırırıq”, - deyə təşkilatın açıqlamasında bildirilir.

Belə ki, feysbuk üzərindən yayımlanan reportaj haqqında “dezinformasiyaya bənzəyir” fikri yayımlanıb. Digər şərhlərdə isə belə mesajlarla qarşılaşırıq : “Ola bilər ki, “TF 1”in bir neçə işçisinin başı kəsildikdən sonra daha yaxşı və aydın düşünər”.

Ertəsi gün reportajın yayımından sonra Fransada yaşayan erməni icması münaqişədə inad göstərən tərəf kimi kanalın binası qarşısında etiraz aksiyası keçirib.

Xatırladaq ki, “TF 1” bir neçə gün öncə erməni cəbhəsindən iki ölkə arasındakı münaqişədən bəhs edən reportaj hazırlamışdı. Nəhayət, kanal gərginliyi azaltmaq üçün Liseron Budulun reportajını öz saytından silib.

Görünən odur ki, artıq Qərb institutları istəsələr belə özlərinin ikili standartlardan çıxış etdiklərini gizlədə bilmirlər. Yalnız özlərinə sərf edəndə ortaya düşdüklərini, çirkaba bulaşmalarını, ayrı-ayrı maraqlı dairələrin əlində alət olduqlarını elə bu kimi faktın özü ilə sübut etmirlərmi? Deməli, demokratiya, dürlü-dürlü insan haqları moizələri bu dairələrin öz çirkin siyasətlərini gerçəkləşdirmək üçün bir vasitədir!

Görünən həm də odur ki, Fransa kimi bir dövlət erməni lobbisinin cazibəsi qarşısında aciz duruma düşüb, demokratik dəyərləri tapdalayır. Ən azı ona görə ki, bu hal demokratik ölkə adı qazanan Fransanın imicinə, söz və məlumat azadlığına böyük zərbə vursa da susmaqda davam edir. Fransa hökuməti hələ də Şarl Ebdo jurnalinı müdafiə etdiyi kimi, həm də TF1 kanalını müdafiə etməli, azğınlaşmış erməni fəallarına, erməni icmasına öz yerini göstərməlidir. Amma hələ ki, bunu görmürük.

1news.az

Paylaş:
394

Son xəbərlər

Kapital Bank-ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıbBu gün, 10:18Avropada daha bir “bozqurd” salamı - FOTOBu gün, 09:56Azərbaycan Prezidenti Xankəndi Konqres Mərkəzinin təməlini qoyubBu gün, 09:55Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olubBu gün, 09:43Prezident Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olubBu gün, 09:35AMB iyulun 5-nə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:32İlham Əliyev Xocalı hava limanında olubBu gün, 09:18Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:11Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunurBu gün, 09:02Özbəkistan Prezidenti Azərbaycana gəlirBu gün, 08:50Viktor Orban Azərbaycana səfər edəcək04 / 07 / 2024, 17:45Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb04 / 07 / 2024, 17:40Azərbaycan Prezidenti ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a dəvət edib04 / 07 / 2024, 17:28Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - YENİLƏNİB04 / 07 / 2024, 17:21Gəncədə qanunsuz tikinti işləri dayandırılıb04 / 07 / 2024, 17:18Heydər Əliyev Beynəlxalq Aeroportu ACI EUROPE 2024 İllik Konqresi və Baş Assambleyasında iştirak edir04 / 07 / 2024, 16:59Azərbaycan dili fənni üzrə keçirilən imtahananın nəticələri açıqlanıb04 / 07 / 2024, 16:41Qəzza zolağında ölən fələstinlilərin sayı 38 mini keçib04 / 07 / 2024, 16:39Bu bölgələrdə 3 gün qaz olmayacaq04 / 07 / 2024, 16:17Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir04 / 07 / 2024, 16:00
Bütün xəbərlər