İlham Əliyev: Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, qoy, öz ərazisinin bir hissəsində yaratsın | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, qoy, öz ərazisinin bir hissəsində yaratsın

22:48 - 28 / 10 / 2020
İlham Əliyev: Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, qoy, öz ərazisinin bir hissəsində yaratsın

Mən həmişə demişəm ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində heç vaxt heç bir referendum olmayacaq. Üstəlik, əgər baza prinsiplərinə nəzər salsaq, orada da referendum sözü yoxdur.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bunu Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bildirib.

Baza prinsiplərində iradə ifadəsi ilə bağlı, təyini-müqəddərat ilə bağlı müəyyən ifadələr olduğunu xatırladan dövlətimizin başçısı deyib: “Lakin biz həmişə demişik ki, bəli, təyini-müqəddərat beynəlxalq hüququn mühüm prinsipidir, ancaq o, ölkənin ərazi bütövlüyünü poza bilməz. İkincisi, ölkənin ərazi bütövlüyü həmin ölkənin razılığı olmadan dəyişdirilə bilməz. Ona görə də indiki halda bir müsahibəmdə dediyim sözlər mənim mövqeyimi tamamilə əks etdirir, bu, sirr deyil. Təbii ki, mən indi də eyni mövqedəyəm, biz Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına imkan verməyəcəyik. Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, qoy, öz ərazisinin bir hissəsində yaratsın”.

S.Xankişiyeva

 

 

Paylaş:
366

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər