Hikmət Hacıyev: “Azərbaycan döyüş meydanında Xocalı soyqırımını törədənlərin cavabını verir” | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: “Azərbaycan döyüş meydanında Xocalı soyqırımını törədənlərin cavabını verir”

13:30 - 29 / 10 / 2020
Hikmət Hacıyev: “Azərbaycan döyüş meydanında Xocalı soyqırımını törədənlərin cavabını verir”

“Azərbaycanın özünümüdafiə hüququ var. BMT-nin Nizamnaməsinin 54-cü maddəsinə əsasən, Azərbaycan təhlükəsizliyini təmin etmək üçün legitim hərbi hədəflərə qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Amma Azərbaycanın məqsədi budur, biz mülki şəxslərlə döyüş aparmırıq, aparmayacağıq da”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ermənilərin dünən Bərdə şəhərinə endirdiyi raket zərbələrindən dağılmış ərazilərə diplomatik korpusun nümayəndələri ilə birgə baş çəkən zaman yerli və xarici mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında olan fərq də budur: “Biz döyüş meydanında döyüş aparırıq. Ermənistanın mülki şəxslərinə qarşı döyüş aparmırıq, ancaq legitim hərbi hədəflərə qarşı. Bu, bizim mədəniyyətimiz, xalqımızın mentalitetidir. Ermənistanla Azərbaycan arasındakı fərq bundan ibarətdir”.

H.Hacıyev qeyd edib ki, Xarici işlər naziri tərəfindən artıq Minsk Qrupunun həmsədr ölkələrinə və digər beynəlxalq təşkilatlara bu barədə məlumat verilib: “Bu, gördüyünüz kimi Vaşinqtonda keçirilmiş görüşdən sonraya təsadüf edib və qarşıdan Cenevrə görüşləri gəlir. Ondan əvvəl Ermənistan tərəfindən növbəti bir xəyanətkar, alçaq və şərəfsiz hücum həyata keçirildi. Gördüyünüz kimi, Bərdə şəhərinin mərkəzində hər hansı bir hərbi məntəqə, hərbi hədəf yoxdur. Onların məqsədi, gücü ancaq mülki insanlara çatır ki, bu məqsədlə kasetli bombalardan istifadə edirlər. Məqsəd də birdir, insanlar arasında qırğına səbəb olmaq. Bu, Azərbaycan xalqını qorxutmur. Xalqımız daha da möhkəmdir, gördüyünüz kimi, Ali Baş Komandanın əmrinə əsasən, biz də burdayıq, xalqımızla bir yerdəyik. Bərdə şəhərinin əzmini görürsünüz, digər şəhərlərimizdə - Tərtər, Gəncə, Mingəçevirdə olduğu kimi. Bu, xalqımızı daha da möhkəmləndirir”.

Prezidentin köməkçisi deyib ki, əgər onlar bununla Azərbaycan xalqının əzmini sındıra biləcəklərini düşünürlərsə, yanılırlar: “Biz bundan sonra Tərtərə də gedəcəyik, atırlar-atsınlar. Amma Azərbaycan xalqının əzmini heç zaman sındıra bilməyəcəklər. Torpaqlarımız işğaldan azad olunacaq. Bir sözlər, əgər kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar. Döyüş meydanından alçaqcasına, şərəfsizcəsinə qaçırlar, gücləri ancaq raket atmaqla qadın və uşaqlara çatır. Onun da cavabını Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında layiqincə verir. Ali Baş Komandanımız dediyi kimi, iti qovan kimi qovuruq və bundan sonra da qovacağıq. Onlar döyüş meydanında bir-bir cəzalandırılır. Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında Xocalı soyqırımını törədənlərin çoxunun cavabını verir. Artıq mətbuatda da məlumat var ki, qondarma rejimin müdafiə naziri olan şəxs də cəhənnəmə yola salınıb. Digərləri də öz paylarını alacaqlar. Ali Baş Komandan demişkən, iti qovan kimi hamısını qovacağıq”.

1news.az

Paylaş:
407

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər