Müdafiə Nazirliyi: Dağlıq Qarabağın yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır
Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndiyə raket, Əsgəran, Ağdərə və Xocavəndə isə aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır.
1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, bu xəbər düşmənin bu gün Azərbaycanın yaşayış məntəqələrini raket artilleriya atəşinə tutmasından diqqəti yayındırmaq məqsədini güdür.
“Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə riayət edir və yalnız düşmənin atəş nöqtələrinə adekvat zərbələr endirir”.
S.Xankişiyeva
445