Müdafiə Nazirliyi: “Düşmənə qarşı görülən cavab tədbirləri davam edir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyi: “Düşmənə qarşı görülən cavab tədbirləri davam edir”

11:09 - 29 / 10 / 2020
Müdafiə Nazirliyi: “Düşmənə qarşı görülən cavab tədbirləri davam edir”

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən 1news.az-a verilən xəbərə görə, dünən gün ərzində düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilib: “Görülən cavab tədbirləri nəticəsində düşmənin 1-ci ümumqoşun ordusu komandanının müavini polkovnik Artur Sarqisyan və 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Ğazaryan məhv edilib.

Bundan əlavə 1-ci ümumqoşun ordunun artilleriya idarəsinin zabiti polkovnik-leytenant B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanıb və 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşüb”.

1news.az

Paylaş:
307

Son xəbərlər

Bütün xəbərlər