Anar Eyvazov: Düşmən bilməlidir ki, bundan sonra da ona qarşı adekvat cavab tədbirləri görüləcək | 1news.az | Xəbərlər
Siyasət

Anar Eyvazov: Düşmən bilməlidir ki, bundan sonra da ona qarşı adekvat cavab tədbirləri görüləcək

20:31 - 31 / 10 / 2020
Anar Eyvazov: Düşmən bilməlidir ki, bundan sonra da ona qarşı adekvat cavab tədbirləri görüləcək

“Ötən müddət ərzində Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun yerləşdiyi döyüş mövqelərini və Tərtər, Ağdam, Ağcabədi rayonları daxil olmaqla bir sıra yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub”.

APA-nın məlumatına görə, bunu Hərbi İnformasiya Mərkəzinin brifinqində Müdafiə Nazirliyinin (MN) mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, döyüş əməliyyatları əsasən Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam etdirilib: “Düşmən yenə də dezinformasiya yayaraq Azərbaycan Ordusunun guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı kənd istiqamətində döyüş əməliyyatları apardığını iddia edir. Reallıqda isə bu istiqamətdə Qubadlını artilleriya atəşinə tutan legitim hərbi hədəfə qarşı Ordumuz adekvat tədbirlər çərçivəsində atəş açıb. Düşmən bilməlidir ki, bundan sonra da ona qarşı adekvat cavab tədbirləri görüləcək. Qoşunlarımızın müdafiə xəttinə yaxınlaşmağa cəhd göstərən Ermənistan xüsusi təyinatlılarından ibarət kəşfiyyat diversiya qrupunun fəaliyyətinin qarşısı qətiyyətlə alınıb və onları daşıyan avtomobil texnikası şəxsi heyətlə birlikdə dəqiq atəş zərbəsi ilə məhv edilib”.

A.Eyvazov qeyd edib ki, Azərbaycan Ordusunun Xocalı, Şuşa və Xankəndini raket atəşinə tutması, bunun guya dinc əhaliyə qarşı yönəldilməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatlar da saxtadır, növbəti dezinformasiyadır: “Azərbaycan Ordusu düşməndən fərqli olaraq, mülki əhaliyə deyil, yalnız hərbi hədəflərə atəş açır. Saxta xəbərlərlə əlaqədar onu da əlavə edim ki, Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah-sursat yoxdur. Düşmənin törətdiyi müharibə cinayətlərindən diqqəti yayındırmaq məqsədilə uydurduğu dezinformasiyalar həqiqəti gizlədə bilməz. Hazırda qoşunlarımız bütün istiqamətlərdə əməliyyat şəraitinə tam olaraq nəzarət edir. Ordumuzun döyüş ruhu yüksək səviyyədədir. Ali Baş Komandanımızın bütün döyüş tapşırıqları yerinə yetirilir. Qələbə bizimlədir!”

S.Xankişiyeva

 

Paylaş:
543

Son xəbərlər

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38
Bütün xəbərlər