Azərbaycan MN: “Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır”
Ermənistan KİV-nin səhər saatlarından başlayaraq guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndini raket atəşinə tutması və nəticədə mülki əhaliyə maddi zərər vurulması barədə yaydığı xəbər yalandır və vəziyyətin gərginləşdirilməsinə yönəlib.
Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən xəbər verilib.
Bildirilib ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir.
Qafar Ağayev
373