“Bizim müasir silahlarımız var və biz onları döyüş meydanında nümayiş etdiririk” - Prezident | 1news.az | Xəbərlər
Siyasət

“Bizim müasir silahlarımız var və biz onları döyüş meydanında nümayiş etdiririk” - Prezident

12:40 - 31 / 10 / 2020
“Bizim müasir silahlarımız var və biz onları döyüş meydanında nümayiş etdiririk” - Prezident

“Biz əraziləri bombalarla azad etmirik, biz əraziləri, kəndləri, şəhərləri bir-birinin ardınca işğaldan azad edən və Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik”.

1news.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı:

"Bizim hansısa konvensiyanı imzalamağımız və ya imzalamamağımız faktı bizim o silahdan istifadə etməyimiz və ya etməməyimiz anlamına gəlmir. Bizim kifayət qədər silah-sursatımız var. Bizim müasir silahlarımız var və biz onları döyüş meydanında nümayiş etdiririk. Bizim etdiklərimiz budur, biz əraziləri bombalarla azad etmirik, biz əraziləri, kəndləri, şəhərləri bir-birinin ardınca işğaldan azad edən və Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik. Bu, belə edilir".

1news.az

Paylaş:
454

Son xəbərlər

Bütün xəbərlər