Bu mahnı səslənəndə düşmən də atəşi saxlayırdı - Ən məşhur müharibə nəğmələri - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu mahnı səslənəndə düşmən də atəşi saxlayırdı - Ən məşhur müharibə nəğmələri - VİDEO

13:27 - 01 / 11 / 2020
Bu mahnı səslənəndə düşmən də atəşi saxlayırdı - Ən məşhur müharibə nəğmələri - VİDEO

Müharibə təkcə itkiləri, ölümləri, bombaları ilə xatırlanmır. Nə qədər qəribə səslənsə də müharibə mahnıları da savaşın məhsullarıdır.

1news.az kulis.az-a istinadən maraqlı hekayəti olan məşhur müharibə mahnılarını təqdim edir.

"Əsgər marşı"

Azərbaycanın ən gözəl müharibə mahnıları 90- cı illərdə baş verən Qarabağ müharibəsi zamanı yazılıb. Böyükdən kiçiyə hər kəsin dilində əzbər olan Cavanşir Quliyevin bəstələdiyi "Əsgər marşı" Laçın batalyonunun təşəbbüsü ilə ərsəyə gəlib. 1992-ci ilin fevral ayında Əməkdar incəsənət xadimi Cavanşir Quliyev də daxil olmaqla bir qrup incəsənət xadimi Laçına gələrək əsgərləri ziyarət edir. Əsgərlər batalyonun qurucusu Arif Paşayevin bəstələdiyi "Laçın batalyonunun marşı"nı ifa etdilər. Marşın sözləri bəstəkarın xoşuna gəlib. Bundan təsirlənən bəstəkar indiki məşhur əsgər marşını yazıb.

"İgid əsgər"

Azərbaycanın məşhur müharibə mahnılarından biri də Şahin Musaoğlunun bəstələdiyi "İgid əsgər" mahnısıdır. Müəllifin dediyinə görə mahnının sözləri və musiqisi ayrı-ayrı vaxtlarda yazılıb. Sözlərlə musiqinin yazılması arasından təxminən il yarım müddət var. Şahin Musaoğlu "İgid əsgər" mahnısının sözlərinin ilk versiyasını "Şıxov" batalyonu Şəhidlər Xiyabanında and içib cəbhəyə yola düşəndə yazıb. Milli Qəhrəman Yusif Mirzəyev mahnını çox bəyənib və əsgərlərinə bu mahnını öyrətməyə başlayıb. Müharibə yeni başlayanda Şəmistan Əlizamanlı Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə ilk ifa edəcəyi mahnısını ona həsr edəcəyinə söz verir. Və çox keçmir Yusif Mirzəyev döyüşlərin birində şəhid olur. Şahin Musaoğlunun bəstələdiyi və şer yazdığı "İgid əsgər" mahnısı Yusif Mirzəyevin qəhrəmancasına vəfatından sonra ona həsr olunur.

"Çanaqqala türküsü"

Daha bir maraqlı hekayət "Çanaqqala türküsü ilə bağlıdır. Bu mahnı haqqında ilk məlumat 1915-1916- cı illərdə Osmanlı ilə Antanta (İngiltərə, Fransa, Avstraliya) dövlətlətləri arasında baş verən müharibədə iştirak edən Əmrullah Nutku adlı bir əsgərin anasına yazdığı məktubda verilib. Məktubda "Çanaqqala türküsü"nün necə yaranmasından bəhs olunur. Əmrullah Nutkunun məktubunda bu sözlər yazılıb:
"Bir neçə gündür Çanaqqala küçələrində əsgərlər gəzir və

"Çanaqqala içində Aynalı çarşı
Ana mən gedirəm düşmənə qarşı"

mahnısını oxuyurlar. At üstündə olan zabitlər, top arabaları, dəvə karvanları küçələrdə dolub daşır. Hamı müharibə olacağını söyləyir. Deyilənlərə görə ingilis və fransız hərbi donanmaları boğazdan kənarda görünüb. Buraları bomba yağışına tutacaqları söylənilir. Bu müharibəni görmək istərdim, amma yaxın zamanda Çanaqqaladan ayrılacağıq və mən sizə qovuşacam".
Məktubdan "Çanaqqala türküsü"nün türk əsgərləri tərəfindən döyüşlər getdiyi zaman bədahətən dediyi sözlər sayəsində meydana çıxdığı məlum olur. Cəbhədə meydana gələn bu mahnı sonralar dildən-dilə dolaşaraq günümüzə qədər gəlib çıxıb. Mahnı döyüşlərdə şəhid olan əsgərlərə xitabən yazılan mahnıdır.

"Altı gün müharibədə"

Son günlərin ən məşhur müharibə mahnılarından biri də "Altı gün müharibədə" (Six Days War) mahnısıdır. Hekayəsini oxuduğunuz zaman "Altı gün müharibədə" sadəcə mahnı olaraq yaddaşınızda qalmayacaq.

1967-ci ildə İsrail ilə Ərəb qonşunları arasında müharibə başlamışdı. 3 ərəb ölkəsi və İsrail arasında gerçəkləşən bu müharibə uzun müddət unudulmayan qanlı bir mübarizənin fitilini alışdıran müharibə olaraq tarixə düşüb. Məşhur ingilis qrupu "Kolonel Baqşot" tərəfindən yazılan mahnıda Orta Şərqi caynağına alan 6 gün davam edən şiddətli döyüşlərdən bəhs olunur. Mahnı o dövrdə döyüşən, amma nə məqsəd uğrunda döyüşdüklərini bilməyən əsgərlərin dilindən sətirlərə köçürülüb. Mahnının ən çox diqqət çəkən cümləsi bu cümlədir:
"Sabah əsla gecikmədən gəlməz".

"Lili Marlen"

Mövzusu Birinci Dünya Müharibəsindən götürülən "Lili Marlen" mahnısı da məşhur müharibə mahnılarındandır. Bu mahnının olduqca maraqlı hekayəsi var. Mahnıda Hans Leib adlı alman əsgərinin küçə işıq dirəyinin altında növbə tutduğu zaman sevgilisi ilə görüşməsi və kədər dolu vida səhnələrindən bəhs olunur. 1915-ci ildə Hans Leibin cəbhədə aşiq olduğu iki qadının bir şeirdə görüşməsidir. Yəni Lili və Marlen əslində iki fərqli qadındır, və onlar Hansın düşüncələrində bir qadına çevrilib. Rudolf Zink adlı bəstəkar tərəfindən bəstələnən mahnı əsgərlərə təsir edən ən kövrək mahnıya çevrilib.

Hər axşam saat 22:00-a 5 dəqiqə qalmış bütün cəbhələrdə yayımlanan Belqrad radiosunda bu mahnı səslənməyə başlayanda hətta qarşı cəbhədəki əsgərlər belə səngərlərində məst olurmuş. Hətta düşmən əsgərlər başlarını səngərdən çıxararaq almanlara "radionuza bir az da xod verin" deyə səslənirmişlər. Mahnı bitənə qədər hər iki cəbhədə heç bir əsgər bir mərmi belə atmırmış. Əsgərlər xəyallara dalıb onların yolunu gözləyən sevgililərini xəyal edərək mahnını bitməsini gözləyirmiş. Beləliklə də "Lili Marlen" mahnısı heç bir komandirin əmri olmadan döyüşü dayandıran yeganə mahnı olaraq tarixə keçib.

"Ay Karmela"

Bu mahnı İspaniyada vətəndaş müharibəsi zamanı milliyyətçilərin və Beynəlxalq Tuqayların dilindən düşməyən məşhur mahnılardan biridir. Mahnı azadlığın simvolu kimi qəbul olunur. Mahnıda adı keçən Karmela həm sevgili, həm vətən, həm azadlıq mənasını daşıyır. Müharibə zamanı sevgiliyə yazılan məktub kimidir. Mahnıda sevgiliyə qarşı hiss edilən həsrət, qovuşmaq istəyi, amma o xoşbəxt gün üçün əvvəlcə döyüşməyin vacib olduğu kövrək bir dildə dinləyiciyə çatdırılır:

Mən sənin qəhrəman kişinəm
Qarşımızdakılar güclüdülər
Və silahları var
Bizdə isə ürək və sevgi var
Qazanacağıq Karmela

1news.az

Paylaş:
694

Son xəbərlər

Niderland Avropa çempionatında qaldı, Türkiyə isə tərk etdi - YENİLƏNİB 407 / 07 / 2024, 01:10Qarabağ Universitetində ingilis dili üzrə müəllimi vakansiyası elan edilib06 / 07 / 2024, 18:03Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib - YENİLƏNİB 106 / 07 / 2024, 17:55Azad edilmiş ərazilərdə yeni seçki məntəqələri yaradılacaq06 / 07 / 2024, 17:23Sabunçuda 5 otaqlı ev yanıb06 / 07 / 2024, 16:54Bakıda hind aktyorlarının iştirakı ilə film çəkilir06 / 07 / 2024, 16:38Qubada 1 nəfər göldə batıb06 / 07 / 2024, 16:19Abşeronda zəncirvari qəza baş verib, yaralılar var06 / 07 / 2024, 15:59Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb06 / 07 / 2024, 15:31Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb06 / 07 / 2024, 15:03Təcridxanada olan qardaşına narkotik vasitə aparan şəxs saxlanılıb06 / 07 / 2024, 14:47Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşıb06 / 07 / 2024, 14:29Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub06 / 07 / 2024, 14:08Azərbaycan bu günlərdə TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb06 / 07 / 2024, 14:05Azərbaycan Prezidenti: XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır06 / 07 / 2024, 13:52Prezident: Türk dünyasının və TDT-nin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir06 / 07 / 2024, 13:32Azərbaycan-İran sərhədini pozanlar əmrə tabe olmayıb, xəbərdarlıq atəşi açılıb06 / 07 / 2024, 13:02Bazar gününün hava proqnozu06 / 07 / 2024, 12:42Prezident Şuşada TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb06 / 07 / 2024, 12:14Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj etməkdə şübhəli bilinən Şirvan şəhər sakini saxlanılıb06 / 07 / 2024, 11:52
Bütün xəbərlər