Müdafiə Nazirliyi: Ermənistan təxribat xarakterli dezinformasiyalar yaymaqda davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyi: Ermənistan təxribat xarakterli dezinformasiyalar yaymaqda davam edir

17:18 - 01 / 11 / 2020
Müdafiə Nazirliyi: Ermənistan təxribat xarakterli dezinformasiyalar yaymaqda davam edir

İşğal altında olan yaşayış məntəqələrimizin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistan KİV-ləri təxribat xarakterli dezinformasiyalar yaymaqda davam edir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, bu cür həqiqəti əks etdirməyən xəbərlər yaymaqla Ermənistan müdafiə nazirliyinin rəsmiləri cəbhədəki vəziyyətdən tamamilə bixəbər olduqlarını nümayiş etdirir.

Növbəti dəfə rəsmi olaraq bəyan edirik ki, bölmələrimiz yalnız düşmənin döyüş mövqelərinə və atəş nöqtələrinə cavab zərbələri endirir.

Qafar Ağayev

Paylaş:
396

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər