Rusiyanın Yerevandakı səfirliyi erməni jurnalistləri dezinformasiya yaymaqda günahlandırır
Rusiya Federasiyasının Yerevandakı səfirliyi münaqişə zonasında guya Rusiya sərhədçilərinin həlak olması haqqında şayiələri təkzib edib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə səfirliyin yaydığı bəyanatda deyilir.
“Kütləvi informasiya vasitələri nümayəndələrinin iki rus sərhədçisinin ölümü ilə bağlı bir neçə mənbədə eyni anda ortaya çıxan "məlumatları" şərh etmək istəyi ilə əlaqədar olaraq bildiririk. Bu, həqiqətə uyğun deyil. KİV-i bu cür məlumatlarda diqqətli və tərəfsiz olmağa çağırırıq”.
S.Xankişiyeva
518