Vyanada terror qurbanlarının sayı artır - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Vyanada terror qurbanlarının sayı artır - VİDEO

11:03 - 03 / 11 / 2020
Vyanada terror qurbanlarının sayı artır - VİDEO

Avstriyanın paytaxtı Vyanada atışma nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

1news.az xəbər verir ki, hadisə nəticəsində yaralanan qadın xəstaxanada vəfat edib.

ORF-2 telekanalın proqramında Vyana meri Mixael Lyudviq bildirib ki, 15 nəfər xəstəxanaya yerləşdirilib, onlardan yeddisi ağır yaralanıb.

Qeyd edək ki, Avstriyanın paytaxtının mərkəzində sinaqoq yaxınlığında da daxil olmaqla altı yerdə atışma baş verib. Atəş açan şəxslərdən biri polis tərəfindən zərərsizləşdirilib.

1news.az

Paylaş:
698

Son xəbərlər

Bütün xəbərlər