“Azərbaycan 30 il səbr edib və nəhayət öz ərazilərinin azad edillməsinə nail olub” - Ərdoğandan təbrik | 1news.az | Xəbərlər
Dünya

“Azərbaycan 30 il səbr edib və nəhayət öz ərazilərinin azad edillməsinə nail olub” - Ərdoğandan təbrik

15:46 - 08 / 11 / 2020
“Azərbaycan 30 il səbr edib və nəhayət öz ərazilərinin azad edillməsinə nail olub” - Ərdoğandan təbrik

Şuşa şəhərinin azad olunması münasibətilə Azərbaycanı təbrik edirəm.

1news.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Şuşanın xilası işğal altında qalan digər torpaqların da azadlığa qovuşmasının yaxın olduğunu ifadə edir:

"Azərbaycan 30 il səbr edib və nəhayət öz ərazilərinin azad edillməsinə nail olub. Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra qardaş ölkəni dəstəkləyəcək".

Qafar Ağayev

Paylaş:
540

Son xəbərlər

Bütün xəbərlər