Ermənistanda Paşinyanın istefası tələbi ilə keçirilən aksiyada 62 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

Ermənistanda Paşinyanın istefası tələbi ilə keçirilən aksiyada 62 nəfər saxlanılıb

23:26 - 12 / 11 / 2020
Ermənistanda Paşinyanın istefası tələbi ilə keçirilən aksiyada 62 nəfər saxlanılıb

Bu gün İrəvanda keçirilən etiraz aksiyasında 62 nəfər saxlanılıb.

1news.az-ın xəbərinə görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, Ermənistanın paytaxtında keçirilən etiraz aksiyasında saxlanılan 62 nəfər polis şöbələrinə aparılıb.

Qeyd edək ki, artıq bir neçə gündür İrəvan şəhərində Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir.

1news.az

Paylaş:
859

Son xəbərlər

Göyçayda yanğın olub

25 / 03 / 2026, 16:50

Xəzərdə zəlzələ olub

25 / 03 / 2026, 14:19
Bütün xəbərlər