“Müharibə bitib, məğlubiyyətlə barışmaq lazımdır” - Ter-Petrosyan | 1news.az | Xəbərlər
Ermənistan

“Müharibə bitib, məğlubiyyətlə barışmaq lazımdır” - Ter-Petrosyan

17:32 - 13 / 11 / 2020
“Müharibə bitib, məğlubiyyətlə barışmaq lazımdır” - Ter-Petrosyan

Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli bəyanatını reallıq kimi qəbul etmək və müharibənin bitməsi ilə barışmaq lazımdır, artıq qurbanlar olmayacaq.

1news.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, razılaşmanın icrası və Qarabağ məsələsinin yekun həlli yaxın gələcəyin işidir və Ermənistan buna ciddi şəkildə hazır olmalıdır:

"İndi çalışmaq lazımdır ki, ölkədə vətəndaş müharibəsinin qarşısı alınsın".

1news.az

Paylaş:
907

Son xəbərlər

Bütün xəbərlər