Bu ölkədə karantin rejiminin müddəti ilin sonunadək uzadılıb | 1news.az | Xəbərlər
Dünya

Bu ölkədə karantin rejiminin müddəti ilin sonunadək uzadılıb

18:01 - 13 / 11 / 2020
Bu ölkədə karantin rejiminin müddəti ilin sonunadək uzadılıb

Slovakiya hökuməti koronavirus pandemiyası ilə əlaqədar qüvvədə olan xüsusi vəziyyət rejiminin müddətini dekabrın 29-dək uzadılması barədə qərar qəbul edib.

1news.az AZƏRTAC-a istinadən bildirir ki, bu həftənin sonunda qüvvədə olan xüsusi vəziyyətin müddəti başa çatdıqdan sonra uzadılmayacağı gözlənilirdi. Hökumətin həyata keçirdiyi ümumölkə antigen testlərinin də bu məqsədə xidmət etdiyi iddia olunurdu. Lakin hökumət sərt rejimin müddətinin uzadılması ilə yoluxma hallarına qarşı mübarizəni gücləndirməyə çalışır.

Qeyd edilməlidir ki, həftəsonları təşkil edilən ümumölkə testlərinin cavabı sakinlərin ev karantini barədə əsas sənəddir. Yalnız əlində mənfi test cavabı olan şəxslər sərbəst hərəkət edə bilərlər, belə bir sənədi olmayan şəxslərin işə getməyə belə icazələri yoxdur.

Slovakiya ümumölkə testləri sayəsində iqtisadiyyatı və gündəlik həyatı işlək vəziyyətdə saxlayacağını elan edib. Digər Avropa ölkələrindən fərqli olaraq, burada ibtidai məktəblər, ticarət obyektləri və müəssisələr fəaliyyətlərini davam etdirirlər.

Pandemiyanın ilk dalğasının demək olar ki, yan keçdiyi Slovakiyada payız aylarında yoluxma halları sürətlə artmağa başladı. Hazırda 5,5 milyon əhalisi olan ölkədə 79181 nəfərin virusa yoluxduğu təsdiqlənib. Xəstəliklərin Profilaktikası və Nəzarəti üzrə Avropa Mərkəzinin məlumatına görə, Slovakiyada 14 gün ərzində hər 100 min sakinə düşən yeni yoluxma halı 570-ə bərabər olub.

1news.az

Paylaş:
628

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər