Müdafiə Nazirliyi: Azərbaycan Ordusu Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

15:04 - 15 / 11 / 2020
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir

Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir.

1news.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov bu gün keçirilən brifinq zamanı deyib:

“Tam məsuliyyətlə deyirəm ki, bəyanata əsasən Kəlbəcərdə qeyri-qanuni məskunlaşıdırlan insanların çıxarılmasından sonra oraya yerləşdiriləcək Azərbaycan Ordusunun hissələri tam hazır vəziyyətdədir. Azərbaycan Ordusunun nəzarətində olan ərazilər minalardan təmizlənib. Kəlbəcərə hərəkət iki istiqamətdə  – Göygül və Daşkəsən istiqamətində olacaq”.

Həmçinin general-mayor Hüseyn Mahmudov sözlərinə əlavə edib ki, Azərbaycan Müdafiə Nazirliyi yüksək texnologiyaya malikdir. Heç bir təxribata yol verilmir.

S.Xankişiyeva

 

 

 

 

Paylaş:
446

Son xəbərlər

Bütün xəbərlər