Hərbi Dəniz Qüvvələrində andiçmə mərasimi keçirilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Hərbi Dəniz Qüvvələrində andiçmə mərasimi keçirilib – FOTO

17:27 - 15 / 11 / 2020
Hərbi Dəniz Qüvvələrində andiçmə mərasimi keçirilib – FOTO

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, noyabrın 15-də Hərbi Dəniz Qüvvələrində gənc matrosların andiçmə mərasimi keçirilib.

Bu haqda 1news.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc matroslar təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Sonda şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

S.Xankişiyeva

 

Paylaş:
516

Son xəbərlər

Bütün xəbərlər