Dünyada ən çox satılan smartfonlar bəlli olub | 1news.az | Xəbərlər
Dünya

Dünyada ən çox satılan smartfonlar bəlli olub

13:07 - 15 / 11 / 2020
Dünyada ən çox satılan smartfonlar bəlli olub

"Canalys" analitik şirkəti 2020-ci ilin üçüncü rübü üzrə dünyada ən çox satılan smartfonların reytinqini dərc edib. Sözügedən reytinqə 10 model daxil edilib.

1news.az ictnews.az-a istinadən bildirir ki, reytinqdə ilk 5 pillə "Samsung"un smartfonlarına məxsusdur. Bu, əsasən "Galaxy A" seriyasına məxsus qurğulardır. Buna baxmayaraq, birinci yeri "iPhone 11" modeli tutub. Dünyada 16 milyondan çox satılıb.

İkinci yeri, həmçinin "Apple"ın qurğusu - "iPhone SE" tutub.

Reytinqə, həmçinin "Xiaomi Redmi Note 9/Redmi 10x 4G", "Redmi 9A" və "Redmi 9" modelləri daxil edilib.

1news.az

Paylaş:
571

Son xəbərlər

Bütün xəbərlər