Paşinyanın hərbçilərə çağırışından sonra deputatlar hakim partiyadan ayrılırlar
Ermənistan baş nazirinin "Facebook"da son paylaşımından sonra hakim "Mənim adımım" parlament fraksiyasından olan deputat Lusine Badalyan istefa verəcəyini açıqlayıb.
1news.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, deputat bildirib ki, "Mənim addımım" dərhal fəal addımlar atmırsa, o mandatından imtina edir.
Xatırladaq ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan hərbçiləri Dağlıq Qarabağdan Yerevana qayıtmağa və "divar dibində ulayan"larla bağlı məsələləri həll etməyə çağırıb: "Cəbhə bölgəsindən hərbi qulluqçuların onlarla videosunu izlədim. Uşaqların dərin düşüncəsindən heyrətləndim. Uşaqlar, siz haqlısınız. Divar dibində ulayanlarla bağlı məsələləri tamamilə həll etmək üçün sizi Yerevanda gözləyirəm".
N.Paşinyanın bu paylaşımından sonra mandatından imtina etmək niyyətini hakim "Mənim adımım" parlament fraksiyasından Qayane Abramyan mandatından imtina etmək, Taqui Tovmasyan fraksiyada üzvlüyünü dayandırmaq, "Vətəndaş razılaşması" partiyasından Serj Varaq Siseryan istefaya getmək və partiyada üzvülüyünü dayandırmaq niyyətlərini bildiriblər.
1news.az