Ürəyində erməni gülləsi gəzdirən, öz evini şəhid ailəsinə hədiyyə edən bir döyüşçünün hekayəsi – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ürəyində erməni gülləsi gəzdirən, öz evini şəhid ailəsinə hədiyyə edən bir döyüşçünün hekayəsi – VİDEO

21:19 - 17 / 11 / 2020
Ürəyində erməni gülləsi gəzdirən, öz evini şəhid ailəsinə hədiyyə edən bir döyüşçünün hekayəsi – VİDEO

Son günlər sosial şəbəkələrdə Birinci Qarabağ müharibəsi veteranı, 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsində iştirak etmək üçün könüllü olan “Maştağa” ləqəbli döyüşçünün video görüntüləri geniş yayılıb.

1news.az-ın məlumatına görə, 55 yaşlı döyüşçünün əsl adı Vidadi Ağagülovdur. PrimeTime-ə verdiyi müsahibədə o, Bakıda anadan olduğunu və son 30 ildə hərbi formasını çıxarmadığını söyləyib:

“27 ildir ki, forma ilə gəzirdim, yaşayırdım. Toya da forma ilə gedirdim, yasa da forma ilə gedirdim, bəziləri buna təəccüblənirdilər. Ağdərədəki əməliyyatdan sonra mənə “Maştağa” ləqəbini verdilər – komandanlığın tpşırığı ilə bu şəhərə tək yol tapdım və artilleriya atəşini tənzimlədim.

Komandir Vidadi Şahmuradov məni ehtiyatsız davrandığımdan və düşmənin işğal etdiyi şəhərə təkbaşına yol tapıb keçdiyim üçün belə adlandırdı. Normal insan bunu etməzdi. Maştağa kəndində dəlixana var (gülür). İkinci səbəb də var idi. Bacım Maştağa kəndində yaşayır, o vaxt oğlu dünyaya gəlmişdi, mən onunla görüşməyə getmək istəyəndə deyirdim: “Maştağaya gedə bilərəm?” O vaxtdan bəri məni belə çağırırdılar.

27 ildir ürəyimdə erməni gülləsi ilə yaşayıram - 1993-cü ildə snayper məni yaraladı. Bütün bu illər ərzində ürəyim hər zaman ağrıyırdı. Əməliyyat etmək istədilər, amma həkimlər cəsarət etmədi - dedilər ki, güllər elə yerdir ki, təhlükəlidir. Düşünürəm ki, işğal altındakı torpaqları ermənilərdən azad etməyə çağırdığı üçün ürəyim ağrıyırdı. Artıq torpaqlarımız azad olunduqdan sonra ürəyim ağrımır – həkimə də gedib, yoxlatdırmışam.

Bundan başqa, erməni mərmisinin parçası başımda qalıb, gözündə də yaralanmışam. Qolumdan da ağır yaralandım, güllə sümüyümü zədələdiyi üçün metal yerləşdirilib. İkinci qrup əliləm” – Vidadi Ağagülov dedi.

Qazi bildirib ki, heç kəs bu dünyadan heç nə aparmayacaq:

“Bu yaxınlarda Prezident, Ali Baş Komandan İlham Əliyev mənə bir otaqlı mənzil hədiyyə etdi. Buna görə ona təşəkkür edirəm! Evi Ali Baş Komandan adından, Mehriban xanım Əliyevanın adından bu yaxınlarda toyu olan şəhid oğluna hədiyyə etməyə qərar verdim”.

Müharibə veteranı vurğulayıb ki, əsgər heç vaxt insanlığını itirməməli, döyüşlərdən sonra özünə qapanmamalıdır:

“Unutmayın ki, hansı dövlətin əsgərisiniz. Zəfər gününün gələcəyinə hər zaman inanırdım! Prezident hər zaman xalqa səslənirdi: "Hazır olun!" Əsgəri əsgər edən generaldır. Və biz öldürməyə və qazanmağa hazırıq. Ölmək yox, öldürmək və qazanmaq üçün.

Biz XXI əsrdə Prezident İlham Əliyevin səyləri ilə faşist Almaniyasının XX əsrdə imza atdığı kimi, başqa bir dövlətin təslim olmasını qəbul edən ilk dövlətik”.

O, Vətənini sevən müasir Azərbaycan gəncliyi ilə fəxr etdiyini, Azərbaycan analarının oğullarını döyüşə göndərməkdən çəkinmədiklərini vurğuladı:

“Xalqı bölməyə ehtiyac yoxdur. Aprel şəhidləri, İyul şəhidləri, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinə bölməyə ehtiyac yoxdur. Bizi bölmək istəyən qüvvələr var. Mehriban xanım Əliyevanın sözlərini xatırlayın: “Qazilər – mənim qardaşlarımdır”.

“Torpağım – mənim ilk anamdır. Müharibə neçə gün davam etdi və hava da yaxşı idi. Sanki Allah və təbiət bizi bu müddət ərzində gözləyirmiş kimi – nə soyuq, nə yağış, nə də palçıq oldu. Əsgərlər bu havaya təəccübləndilər. Sanki Prezident hər şeyi əvvəlcədən görmüşdü! İndi də görürsünüz – müqavilə imzalanan kimi yağışlar və soyuqlar başladı. İşğaldan azad olunan yerlərdə bizi məscidlərimiz, torpaqlarımız, ağaclarımız qarşıladılar, sanki bizimlə salamlaşırdılar.

Həmişə kameralardan qaçmışam, 1992-ci ildə də, indi də qaçmışam, hazırda 55 yaşım var, şöhrətə ehtiyacım yoxdur, əsas odur ki, Azərbaycan bütün dünyada məşhur olsun! Hazırda şəhidlərimiz var, hələ onların 40-ı çıxmayıb, xəstəxanalarda yaralılarımız var, ağrıdan qışqırır. Mən onların qarşısında baş əyirəm.

Mən döyüşçü kimi yaşamışam və döyüşçü kimi öləcəyəm. Hər tərəfim yaralıdır, vəsiyyət etmişəm öləndə məni formada və medallarla dəfn etsinlər. Biz – Ali Baş Komandanın əsgəriyik və onun əmrinə tabeyik!

Azərbaycan xalqını təbrik edirəm! Doğma torpaqlarımızı qaytardıq”, - deyə Vidadi Ağagülov müsahibənin sonunda bildirib.

S.Xankişiyeva

 

Paylaş:
1612

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər