Dünyada koronavirusa yoluxanların sayı 456 mindən çox artıb | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxanların sayı 456 mindən çox artıb

10:49 - 18 / 11 / 2020
Dünyada koronavirusa yoluxanların sayı 456 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 456 mindən çox artıb.

1news.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 456 751 nəfər yeni koronavirusa yoluxub, 6 871 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 54 771 888, ölənlərin isə 1 324 249 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

1news.az

Paylaş:
549

Son xəbərlər

Bütün xəbərlər