Dünyada koronavirusa yoluxanların sayı 594 mindən çox artıb | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxanların sayı 594 mindən çox artıb

10:23 - 20 / 11 / 2020
Dünyada koronavirusa yoluxanların sayı 594 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 594 mindən çox artıb.

1news.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 594 542 nəfər yeni koronavirusa yoluxub, 9 989 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 55 928 327, ölənlərin isə 1 344 003 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

1news.az

Paylaş:
610

Son xəbərlər

Bütün xəbərlər