Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir | 1news.az | Xəbərlər
Rəsmi

Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

22:38 - 20 / 11 / 2020
Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

Rumıniyanın sabiq xarici işlər naziri, Avropa Parlamentinin sabiq üzvü Ramona Nikol Maneskudan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

"Zati-aliləri cənab Prezident.

Ermənistanın işğalı altında olan ərazilərinizin azad edildiyi bu tarixi dönəmdə Sizi və Azərbaycan xalqını təbrik etməkdən şərəf və məmnunluq duyuram.

Sizin əzmkarlığınız, ərazi bütövlüyünüzün təmin edilməsi ilə bağlı qətiyyətiniz, diplomatik və hərbi sahələrdə göstərdiyiniz cəsarət hazırda Azərbaycanın müasir tarixini müəyyən edir. Heç şübhəsiz, Siz xalqınızın tarixində xilaskar kimi əbədi qalacaqsınız.

Bundan başqa, Azərbaycan xalqı bütün dünyaya əzəmətli xalq olmağın əsas xüsusiyyətlərini - rəşadət və yüksək vətənpərvərlik hisslərini nümayiş etdirdi.

Çoxsaylı insan tələfatı ilə əlaqədar Sizə və həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Azərbaycanın rumıniyalı dostu olaraq bütün dünyaya göstərdiyiniz nümunəyə görə Sizi bir daha təbrik edirəm və Zati-alinizə təşəkkürümü bildirirəm".

X X X

İraq parlamentinin deputatı Muxtar Mahmud əl-Musəvidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri.

Qələbə günü və torpaqlarınızın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını və Sizi təbrik edirik.

Dost Azərbaycan xalqına layiqli və firavan həyat arzulayırıq".

X X X

Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının 17-ci beynəlxalq toplantısında yekdilliklə qəbul olunan müraciəti şəxsən öz adımdan, həmsədrimiz İsmail Serageldinin və Qəyyumlar Şurasının bütün üzvləri adından Zati-alinizə çatdırmaqdan şərəf hissi duyuram.

Biz Ermənistanın beynəlxalq hüquqa zidd olaraq 30 ilə yaxındır işğal altında saxladığı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik ərazilərin azad edilməsi münasibətilə Azərbaycan xalqına, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Sizə səmimi təbriklərimizi çatdırırıq. Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində göstərilən əhəmiyyətli səylər nəticəsində qazandığınız inamlı qələbə, vəziyyətin sabitləşdirilməsi, eləcə də daha çox qan tökülməsinin qarşısını almaq məqsədilə Ermənistan və Rusiya Federasiyası ilə birgə üçtərəfli razılaşma imzalamağınız münasibətilə Azərbaycanı təbrik edirik.

Son qarşıdurmalar zamanı baş verən insan tələfatı, həmçinin münaqişə zonasından kənarda yerləşən tarixi Gəncə şəhərində qətlə yetirilmiş mülki şəxslər ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı veririk. İşğal olunmuş əraziləri tərk edən ermənilər tərəfindən qəsdən törədilən dağıntıları və vandalizm aktlarını təəccüb və böyük narahatlıqla qarşılayırıq. Biz inanırıq ki, bu qeyri-insani hərəkətlərə və onların səbəb olduğu acınacaqlı nəticələrə baxmayaraq, Sizin müdrik və humanist rəhbərliyinizlə yenidənqurma, insanların öz doğma torpaqlarına qayıdışı, eləcə də sülhün və əmin-amanlığın bərpası ölkənizin gündəliyində duran əsas məsələ olacaq.

2020-ci ilin bu çətin dönəmində biz dünya ictimaiyyətinə bununla bağlı mesajlarımızı çatdırmaq məqsədilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzində beynəlxalq onlayn müzakirələr təşkil edir, məqalələr və onlayn bəyanatlar yayırıq. Biz beynəlxalq səviyyədə apardığımız təbliğat işlərimizi ən yüksəksəviyyəli təmaslarımızda da davam etdiririk, Nizami və Azərbaycan adını daim ən yaxşı şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırırıq.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bütün üzvləri adından Zati-alinizə möhkəm cansağlığı, dövlətinizə təhlükəsizlik və firavanlıq arzulayırıq.

S.Xankişiyeva

 

Paylaş:
382

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər