Cüdoçularımız Avropa çempionatında 5 medal qazanıblar
Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatı başa çatıb.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, mötəbər yarışın son günü daha üç cüdoçumuz medal qazanmağa müvəffəq olub.
Qadınların yarışında İrina Kindzerska (+78 kq) gümüş, kişilərin mübarizəsində isə Məmmədəli Mehdiyev (-90 kq) və Zelim Kotsoyev (-100 kq) bürünc medal qazanıb.
Beləliklə Azərbaycan cüdoçuları nüfuzlu yarışda 5 medal qazanıblar. Çempionatın əvvəlki günlərində Orxan Səfərov (-66 kq) qızıl, Rüstəm Orucov (-73 kq) bürünc medala sahib olub.
Qeyd edək ki, Avropa çempionatında qitənin 40 ölkəsindən 345 cüdoçu mübarizə aparıb.
1news.az
709