Dünya birjalarında neftin bu günə olan qiyməti
Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “Qara qızıl”ın qiyməti COVID-19-a qarşı peyvəndlə bağlı nikbin gözləntilər fonunda sentyabr ayından bəri ən yüksək səviyyəyə yüksəlib.
Belə ki, Londonun ICE birjasında “Brent” markalı xam neftin bir barrelinin qiyməti son 12 həftənin maksimumuna çatıb.
Hazırda “Brent” neftinin bir barreli London birjasında 45,70 dollara, “Light” markalı xam neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 43,02 dollara satılır.
1news.az
469