Dünyada koronavirusa yoluxanların sayı 527 mindən çox artıb | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxanların sayı 527 mindən çox artıb

09:21 - 26 / 11 / 2020
Dünyada koronavirusa yoluxanların sayı 527 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 527 mindən çox artıb.

1news.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 527 326 nəfər yeni koronavirusa yoluxub, 9 989 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 59 481 313, ölənlərin isə 1 404 542 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

1news.az

Paylaş:
618

Son xəbərlər

Bütün xəbərlər