Xilaskar və qurucu | 1news.az | Xəbərlər
Siyasət

Xilaskar və qurucu

12:30 - 24 / 12 / 2020
Xilaskar və qurucu

3 aydır, düz 89 gündür ki, Qürur, Zəfər, Qələbə dolu anlar, hadisələr, Tarix yaşayırıq...

Həm yaşayırıq, həm yaşadırıq, həm yazırıq, həm yaradırıq...

Tarixdə çox olmasa da, az da olmayıb sevincli, qürurlu, zəfərli günlərimiz...

Keçmiş dönəmlərdə yaşamışıq bunları...

Amma indi yaşadığımız, həm də yazdığımız, yaratdığımız bu günlər, bu anlar, bu hadisələr bir başqadır, başqa bir Tarixdir...

Əvəzi, bənzəri, təkrarı mümkün deyil və heç bundan sonra da mümkün olmayacaq...

Biz Müzəffər Ali Baş Komandanımızın, Qalib Sərkərdəmizin, cənab Prezidentimizin başçılığı, rəhbərliyi, onun komandanı olduğu şanlı, rəşadətli Ordumuzun, igid, qəhrəman Azərbaycan Əsgərinin gücü, qeyrəti, şücaəti ilə, öz gücümüzlə böyük bir Dastan, Tarix yazmışıq və yaratmışıq (yazmaqdayıq və yaratmaqdayıq hələ də)...

Bu, sentyabrın 27-də başlayıb, noyabrın 10-da, gecə saatlarında, cəmi 44 günə Qələbə, Zəfər, Qalibiyyət ilə başa çatdırlan Qarabağ münaqişəsidir...

Biz öz gücümüz, öz Ali Baş Komandanımız, öz Ordumuz, öz Əsgərimizlə 32 illik qanlı Ermənistan-Azərbaycan münaqişəsinə, bəlkə də sonu xəyal kimi, qaranlıq görünən bir müharibəni udduq, yağı və qəvi, insanlıqdan nəsibini almayan murdar və rəzil düşməni, mayası faşizm və terrorizmlə yoğrulan erməniləri, Ermənistanı məğluyyətə uğratdıq, təslim etdik... Dünya erməni faşizmi üzərində Qələbə çaldıq...

“Dəmir Yumruq”la düşmənin və onun qanlı havadarlarının başını elə əzdik, onları artıq zərb məsələsinə çevrilən “itiqovan kimi” işğal olunmuş tarixi ərazilərimizdən elə qovduq ki, bir daha nə baş qaldıra, nə də biz tərəflərə yenidən yan gözlə baxa bilərlər...

Baş qaldırarlarsa da, yenə xislətlərinə uyğun şəkildə nəsə etməyə cəhd göstərərlər sə də, yenə “Dəmir Yumriq”, dəmir yumruğumuz onların başı üzərində olacaq, yenə onların başı üzərində “Domokl qılıncı” kimi asılı qalacaq...Heç olmasa, bu dəfə dərs, ibrət alsalar, yaxşı olar...Seçim özlərinindir!

Biz bir xalq, dövlət, millət olaraq, 32 ildən sonra qara bir ləkəni, xəcalət tərini üzərimizdən silib atdıq...

Bu illər ərzində özümüzü nə qədər də tox tutmağa, ovundurmağa çalışsaq da, qürurumuzun ayaqlar altına salınıb, tapdalanmasına imkan verməsək də, ancaq içimizdən sıxılırdıq, əzilirdik, sınırdıq, yanırdıq, köz kimi, korun-korun qovrulurduq... Çünki özümüzdən asılı olmayayan səbəblər, düşmənin və havadarlarının son dərəcədə amansızlığı, acımasızlığı, hiyləgərliyi, lal, kar, kor dünyanın isə susqunluğu, səssizliyi, etinasızlığı, biganəliyi üzündən uduzmaq məcburiyyətində, məğlubluq məhkumiyyətində qalmışdıq...Dərdimizi, sərimizi, acımızı, naləmizi duyan, eşidən, duymaq, eşitmək istəyən yox idi...

Amma hər bir şeyin əvvəli, başlanğıcı olduğu kimi, sonu, finalı da olur...Bəzən də qalib, güclü görünən sonda rəzil-rüsvay olur, uduzur, məğlubiyyət acısının ən acısını yaşayır...

Bəli, biz də son 27-28 ildə, ağır işğal illərində dözdük, səbr etdik, təmkin göstərdik, ümidlə gözlədik...Amma gözlədik-gözlədik, gördük ki, artıq həna o hənadan deyil...Səbr etmək, dözüm göstərmək də bir ana qədər...Artıq səbr də, dözüm də kasa kimi daşır və necə ki, daşdı...

Bir anda Ali Baş Komandanın “vur” əmri ilə əsgərli-sıravili, cavanlı-qocalı, qadınlı-uşaqlı, aqsaqqallı-ağbirçəkli hamı müsəlləh əsgərə, bir yumruğa döndü və cəmi 44 günə Qəhrəmanlıq, İgidlik Dastanı yazaraq, Qələbə, Zəfər qazandı...Sevinc-sevincə, şənlik-şənliyə qarışdı... Nisgilli, kədərli, həsrət göz yaşlarını sevinc, zəfər göz yaşları əvəz etdi...

Çünki haqqımız idi...Bunu çoxdan, lap çoxdan haqq edirik, Haqqımıza da, Haqq etdiyimizə də qovuşduq, nail olduq...Qələbəmizdən bir ay sonra isə adımıza, şanımıza, Qələbəmizə layiq “Zəfər Paradı”nı qeyd etdik, yaşadıq...Dost bir daha sevindi, düşmən bir daha dərin kədərə qərq oldu...Dost da gücümüzü, qüdrətimizi, nəyə qadir olduğumuzu və ola biləcəklərimizi gördü, elə düşmən də, havadarları da...

Bunların memarı, bu yaşananların, yazılanların müəllifi, banisi isə heç şübhəsiz ki, Ümummilli Liderimizin iki Şah Əsərindən biri olan ölkə Prezidenti cənab İlham Əliyevdir...

O İlham Əliyev ki, bizi son 17 ildə bütün sahələrdə ancaq və ancaq qələbələrdən-qələbələrə, zəfərlərdən-zəfərlərə, uğurlardan-uğurlara aparıb və aparır...

O İlham Əliyev ki, bütün sahələrdə, bütün məsələlərdə Azərbaycan modeli yaratmağa, onu dünyada tanıtdırmağa, qəbul etdirməyə nail olub və olur...

O İlham Əliyev ki, zəif, müdafiəsiz, gücsüz Azərbaycanı güclü, qüdrətli, qüvvətli Azərbaycana, sözü, nüfuzu, çəkisi ilə hesablaşılan bir Azərbaycan çevirib və çevirir...

O, Qalibdir, O, Xilaskardır!

Bu, onun Yer üzündəki missiyasıdır...Böyük Yaradanın və Ulu Öndərin ona ərməğan, əta etdiyi bir Missiya...O da çiyinləri üzərinə qoyulan, çiyinlərində daşığıdı bu Missiyanı şərəflə, ləyaqətlə, səmimiyyətlə sonacan, Qələbəyəcən, Zəfərəncən yerinə yetirən, daşıyan bir Xilaskar, bir Qalibdir...

Bu gün o Qalibin, O Xilaskarın növbəti doğum günüdür...

Bəli, ötən illər ərzində iqtisadi, siyasi diplomatik sahələrdə atdığı uğurlarla Qurucu, İslahatçı, Nüfuzlu Prezident adları qazanan, hər bir azərbaycanlının Prezidenti olmağı bacaran cənab Prezident İlham əliyev bu gün növbəti yaşına xalqının ona yaraşdırdığı, ona verdiyi yeni-növbəti adlarla, titullarla daxil olur- Xilaskar Prezident, Müzəffər Ali Baş Komandan, Xalq Qəhrəmanı, Dəmir Yumruqlu, Qətiyyətli Şəxsiyyət.

Bu əziz və əlamətdar gün münasibəti ilə həm öz adımdan, həm də seçicilərim adından Müzəffər Ali Baş Komandanı təbrik edir, ona uzun ömür, can sağlığı, fəaliyyətinin bundan sonrakı dönəmlərində də, şəxsi və siyasi həyatında da növbəti uğurlar, parlaq Qələbələr və Zəfərlər arzulyaram.

Nə yaxşı ki, varsınız, cənab Prezident, nə yaxşı ki, bizim Liderimizsiniz, Qalib Sərkərdə, nə yaxşı ki, Sizin rəhbərlik etdiyiniz Qalib ölkənin-can

Azərbaycanın vətəndaşı, vətəndaşlarıyıq.

Var olun, min yaşayın, Xilaskar Oğul!

Hər zaman ürəklə, şəstlə, qürurla dediyiniz kimi də Qarabağ bizimdir, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!

Jalə Əliyeva,

Millət vəkili
Ailə, Qadın, Uşaq Məsələləri Komitəsinin sədr müavini

 

Paylaş:
486

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər