İranda bir gündə 102 nəfər koronavirusdan ölüb
İranda COVID-19 infeksiyasının yayılmasında azalma davam edir. Son sutka ərzində ölkə ərazisində 5 min 960 nəfər virusa yoluxub, 102 nəfər isə ölüb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari verib. O bildirib ki, bununla da İranda virusa yoluxanların ümumi sayı 1 milyon 243 min 434-ə, ölənlərin sayı isə 55 min 540-a çatıb.
Xüsusi xəstəxanalarda müalicə alan 4 min 953 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 1 milyon 13 min 18 xəstə isə sağalaraq evə buraxılıb.
1news.az
536